"Barselona" "Atletiko"nun hücumçusunu istəyir
Operativ Media
"Barselona" klubu "Atletiko"nun hücumçusu Xulian Alvaresi transfer etməkdə maraqlıdır.
Operativ Media xəbər verir ki, bu haqda "Mundo Deportivo" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 26 yaşlı argentinalı futbolçu "Barselona"nın 2026-cı ilin yayı üçün əsas transfer hədəfinə çevrilib. Klub bu keçid üçün 100 milyon avro ayırmağa hazırdır.
Alvares 2024-cü ilin avqustundan "Atletiko"da çıxış edir və onun müqaviləsi 2030-cu il iyunun 30-na qədər qüvvədədir. O, 2025/26 mövsümündə keçirdiyi 47 matçda 19 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
"Transfermarkt" portalı oyunçunun bazar dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.