Frenk Lempard Çempionşipdə mövsümün ən yaxşı məşqçisi seçilib
Operativ Media
"Koventri Siti"nin baş məşqçisi Frenk Lempard İngiltərənin ikinci güclü futbol divizionunda mövsümün ən yaxşı məşqçisi seçilib.
Operativ Media xəbər verir ki, bu haqda Çempionşipin mətbuat xidməti məlumat yayıb.
"Koventri" cümə günü "Blekbern"lə heç-heçə edərək (1:1), 2000/01 mövsümündən bəri ilk dəfə vaxtından əvvəl turnir cədvəlində ən azı ikinci yeri və Premyer Liqaya qayıdışını təmin edib.
47 yaşlı Lempard 2024-cü ilin noyabrında "Koventri"nin sükanı arxasına keçib. O, buna qədər "Derbi Kaunti", "Çelsi" və "Everton" klublarını çalışdırıb.