Menyu

Salifu Suma yenidən Azərbaycanda çıxış edə bilər

Operativ Media
Salifu Suma yenidən Azərbaycanda çıxış edə bilər

"Zirə"nin sabiq futbolçusu Salifu Suma yenidən Azərbaycana qayıda bilər.

Operativ Media İsveç mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı vinger "Malmö"də ümidləri doğrulda bilməyib.

Qvineyalı oyunçu ötən yay İsveç klubuna "Zirə"dən 1,3 milyon avro qarşılığında böyük ümidlərlə transfer olunub. Amma o, yeni komandasında əsas heyətə düşməyi bacarmayıb.

Nəticədə Suma qış fasiləsində Polşanın "Radomyak" klubuna icarəyə verilib. Ekstraklasada da istənilən performansı göstərməyən vinger mövsümün sonunda "Malmö"yə qayıdacaq. Lakin Allsvenskan təmsilçisi onu saxlamaq niyyətində deyil.

Afrikalı futbolçunun Azərbaycanla yanaşı, başqa bir neçə ölkədən təklif aldığı bildirilir.

Qeyd edək ki, Salifu Sumanın "Malmö" ilə müqavilə müddəti 2029-cu ilin sonuna qədərdir. Vinger cari mövsüm İsveç klubunun heyətində bütün turnirlərdə 12, "Radomyak" formasında isə 7 oyun keçirib, qol və ya məhsuldar ötürməylə yadda qalmayıb.

Əlaqəli Xəbərlər