"Mançester Yunayted" fransalı hücumçu ilə maraqlanır
Operativ Media
"Bornmut"un hücumçusu Eli Junior Krupi Premyer Liqada klubunu dəyişə bilər.
Operativ Media xəbər verir ki, "Mançester Yunayted" fransalı forvardı transfer etmək istəyir. Bu barədə "Football Insided" məlumat yayıb.
Klubu 19 yaşlı futbolçunu satmağın əleyhinə deyil. Onlar Fransa U-21 millisinin üzvü üçün 50-60 milyon funt-sterlinq tələb edəcəklər.
Qeyd edək ki, "Bornmut" Eli Junior Krupini 2025-ci ilin fevralında "Loryen"dən transfer edib. Gənc hücumçu bu mövsüm Premyer Liqada meydana çıxdığı 28 matçda 10 qol vurub.