Avropa Çempionatı: Azərbaycanın daha 5 güləşçisi mübarizəyə qoşulur
Operativ Media
Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatı davam edir.
Operativ Media xəbər verir ki, Azərbaycanı yarışda təmsil edən daha beş yunan-Roma güləşçisi bu gün mübarizəyə qoşulacaq.
Qitə çempionatının ikinci günündə Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Ruslan Nurullayev (72 kq), Qurban Qurbanov (82 kq) və Murad Əhmədiyev (97 kq) xalça üzərinə çıxacaqlar.
Cəfərov daha əvvəl üç, Məmmədli iki, Qurbanov bir dəfə Avropa birinciliyində qızıl medal qazanıb.
Bundan əlavə, Rəşad Məmmədov (55 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) bürünc medal uğrunda görüşlərə çıxacaqlar.