Bonuççi: Qvardiola İtaliya millisinin baş məşqçisi üçün ideal namizəddir
"Yuventus"un sabiq kapitanı Leonardo Bonuççi Xosep Qvardiolanı İtaliya milli komandasının baş məşqçisi postuna ideal namizəd adlandırıb.
Operativ Media "Footmercato"ya istinadən xəbər verir ki, sabiq futbolçu Pep Qvardiolanın İtaliya millisini düzələcəyinə inandığını bildirib.
"Əsas məsələ müdafiədən başlayaraq İtaliya futbolunu tamamilə yenidən qurmaqdır. Dünyanın hörmətini geri qazanmaq və yenidən dünya çempionu olduğumuz dövrlərdəki kimi nəhəng komandaya çevrilmək üçün həqiqətlə üzləşməyə cəsarətimiz çatmalıdır. Çox istedadlı gənc oyunçularımız var – onlara özlərini göstərmək və inkişaf etmək üçün vaxt vermək lazımdır. Vaxt yeganə real möcüzə vasitəsidir. Əgər köklü dəyişikliklər istəyiriksə, Pep buna ən uyğun insandır. Bu çətindir, lakin arzulamaq pulsuzdur", – deyə o, qeyd edib.
Xatırladaq ki, İtaliya millisi pley-off mərhələsində Bosniya və Herseqovinaya uduzaraq (1:1, penaltilər seriyası 1:4) 2026-cı il dünya çempionatına vəsiqə qazana bilməyib. Bu uğursuzluqdan sonra baş məşqçi Cennaro Qattuzo istefaya göndərilib.