"Barselona" Runi Bardaqjini icarəyə göndərməyi planlaşdırır
Operativ Media
“Barselona” hücumçusu Runi Bardaqjini gələn mövsüm icarəyə göndərməyi planlaşdırır.
Operativ Media xəbər verir ki, bu haqda Sport.es portalı məlumat yayıb.
Mənbə qeyd edir ki, klub rəhbərliyi 20 yaşlı isveçli futbolçunun tərəqqisini izləyir və onun müntəzəm oyun praktikasına ehtiyacı olduğunu anlayır. Artıq “Monako”, “Portu” və “Ştutqart” klubları futbolçuya maraq göstərib. Yaxın həftələrdə bununla bağlı yekun qərarın veriləcəyi gözlənilir.
Bu mövsüm bütün turnirlərdə 23 oyuna çıxan futbolçu 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "göy-qırmızılar"la hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt” portalı gənc oyunçunun bazar dəyərini 15 milyon avro qiymətləndirir.