Menyu

Mbappe karyera rekordunu yenilədi: Avropanın "top-5" liqalarında liderdir

Operativ Media
Mbappe karyera rekordunu yenilədi: Avropanın "top-5" liqalarında liderdir

"Real Madrid"in hücumçusu Kilyan Mbappe İspaniya çempionatının 33-cü turunda "Alaves"lə görüşdə (2:1) qol müəllifi olub.

Operativ Media xəbər verir ki, 27 yaşlı futbolçu matçın 30-cu dəqiqəsində uzaq məsafədən rəqib qapısına yol tapıb. "Alaves" müdafiəçisinə dəyərək istiqamətini dəyişən top qapının yaxın küncünə daxil olub.

"Opta"nın məlumatına görə, bu, Mbappenin 2025/26 mövsümündə bütün turnirlər daxil olmaqla cərimə meydançasından kənardan vurduğu 8-ci qoludur. Bu göstərici fransalı futbolçunun karyerasında ən yaxşı nəticə olmaqla yanaşı, Avropanın "top-5" liqalarında çıxış edən bütün oyunçular arasında da ən yüksək göstəricidir.

Cari mövsümdə Mbappe "Real"ın heyətində bütün turnirlərdə 40 oyuna çıxıb, 41 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Əlaqəli Xəbərlər