Menyu

Kriştiano Ronaldo oğlu ilə eyni komandada oynaya bilər

Operativ Media
Kriştiano Ronaldo oğlu ilə eyni komandada oynaya bilər

"Əl-Nəsr" klubu gələn mövsümdən etibarən Kriştiano Ronaldonun 15 yaşlı oğlunu əsas heyətə cəlb etməyi planlaşdırır. Klubun məqsədi gənc oyunçunun atası ilə eyni komandada çıxış etməsinə şərait yaratmaqdır.

Operativ Media xəbər verir ki, bu haqda "Al Weeam" nəşri məlumat yayıb.

Mənbə bildirir ki, klub rəhbərliyi kiçik Ronaldonun əsas komandaya inteqrasiyası ilə bağlı yekun qərar verməzdən əvvəl, 2025/26 mövsümünün sonunda onun səviyyəsini qiymətləndirmək niyyətindədir. Hazırda kiçik Ronaldo "Əl-Nəsr"in gənclərdən ibarət komandasında hücumçu mövqeyində çıxış edir.

Qeyd edək ki, 2010-cu ilin iyununda anadan olan kiçik Ronaldo 2025-ci ilin oktyabrında ilk dəfə Portuqaliyanın 16 yaşadək futbolçulardan ibarət milli komandasına dəvət alıb.

Əlaqəli Xəbərlər