ABL: "Abşeron Lions" "Neftçi"yə qarşı
Operativ Media
Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsi bu gün davam edəcək.
Operativ Media xəbər verir ki, mərhələnin ikinci günündə bir oyun keçiriləcək. Bakı İdman Sarayında baş tutacaq qarşılaşmada "Abşeron Lions" və "Neftçi" komandaları üz-üzə gələcək. Görüş saat 19:00-da start götürəcək.
Qeyd edək ki, yarımfinalın daha əvvəl keçirilmiş ilk oyununda "Sabah" "Gəncə"yə 95:67 hesabı ilə qalib gəlib.
Komandalar arasındakı ikinci oyunlar 25-26 aprel tarixlərində keçiriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net