Menyu

"Bavariya" Aleksandr Pavloviç üçün gələn təklifləri rədd edib

Operativ Media
"Bavariya" Aleksandr Pavloviç üçün gələn təklifləri rədd edib

"Bavariya" yarımmüdafiəçi Aleksandr Pavloviçin transferi ilə bağlı "Real Madrid" və "Mançester Siti"dən gələn müraciətləri rədd edib.

Operativ Media xəbər verir ki, bu barədə jurnalist Kristian Falk məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Münhen klubu baş məşqçi Vensan Kompaninin komandasında əsas heyət oyunçusu kimi özünü təsdiqləyən 21 yaşlı alman futbolçu ilə yollarını ayırmaqda maraqlı deyil.

"Bavariya"nın yetirməsi olan və Almaniya millisinin şərəfini qoruyan Pavloviç, klubun əsas komandasında 2023-cü ilin oktyabrında debüt edib. Onun hazırkı müqaviləsinin müddəti 30 iyun 2029-cu ilə qədərdir.

2025/26 mövsümündə Pavloviç çıxdığı 39 matçda dörd qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 75 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər