Menyu

İran 2026-cı il Dünya çempionatında iştirak etməyə hazır olduğunu açıqlayıb

Operativ Media
İran 2026-cı il Dünya çempionatında iştirak etməyə hazır olduğunu açıqlayıb

İran hökumətinin nümayəndəsi Fatimə Mohacerani ölkə yığmasının 2026-cı il dünya çempionatının final mərhələsinə hazır olduğunu bəyan edib.

Operativ Media xəbər verir ki, bu barədə "The Independent" nəşri İran dövlət televiziyasına istinadən məlumat yayıb

Məlumata görə, Mohacerani bildirib ki, İdman və Gənclər Nazirliyi nazirin tapşırığı ilə milli futbol komandasının ABŞ-da keçiriləcək dünya çempionatında iştirak üçün tam hazır olması barədə bəyanat verib.

Bundan əvvəl İranın ABŞ və İsrail ilə yaşanan münaqişəyə görə DÇ-2026-da iştirakdan imtina edə biləcəyi barədə xəbərlər yayılmışdı. Milli komanda turnirin qrup mərhələsində Belçika, Misir və Yeni Zelandiya yığmaları ilə qarşılaşmalıdır. Bütün oyunların ABŞ ərazisində keçirilməsi planlaşdırılır.

Aprelin 21-də isə İranın idman naziri Əhməd Dunyamali milli komandanın turnirdə iştirakı ilə bağlı hələlik yekun qərarın verilmədiyini qeyd edib.

Əlaqəli Xəbərlər