Menyu

Lamin Yamal ciddi zədə aldı – mövsümün qalan hissəsini buraxacaq

Operativ Media
Lamin Yamal ciddi zədə aldı – mövsümün qalan hissəsini buraxacaq

"Barselona"nın hücumçusu Lamin Yamal sol budun arxa nahiyəsindən aldığı zədə səbəbindən 2025/26 mövsümünün qalan hissəsini buraxacaq.

Operativ Media xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, forvardın 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatına qədər sağalacağı gözlənilir.

18 yaşlı ispan futbolçu La Liqanın 33-cü turunda "Selta" ilə matçda (1:0) xəsarət alıb. Birinci hissənin sonunda penalti zərbəsini yerinə yetirdikdən sonra Yamal budunu tutaraq ot örtüyünə yıxılıb və bir neçə dəqiqə sonra meydanı tərk edib.

Lamin Yamal 2025/26 mövsümündə keçirdiyi 46 oyunda 25 qol vurub və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

Əlaqəli Xəbərlər