"Barselona" "İnter"in müdafiəçisini transfer etməyə hazırlaşır
"Barselona" "İnter"in müdafiəçisi Alessandro Bastonini heyətinə qatmağa hazırlaşır.
Operativ Media xəbər verir ki, bu haqda "Mundo Deportivo" nəşri məlumat yayıb.
Mənbə bildirir ki, La Liqa təmsilçisi İtaliya millisinin 27 yaşlı üzvü ilə beşillik müqavilə imzalamaq niyyətindədir. Futbolçunun özü isə "Barselona"ya keçidini reallaşdırmaq üçün əlindən gələni edəcək. Hətta kataloniyalıların maliyyə çərçivəsində qalmasına kömək etmək məqsədilə o, daha aşağı maaşla razılaşıb. İlkin məlumatlara görə, transfer məbləği 75 milyon avro təşkil edəcək.
Bastoni 2017-ci ilin avqust ayından "İnter"də çıxış edir. Onun hazırkı klubu ilə müqaviləsi 30 iyun 2028-ci ilə qədər nəzərdə tutulub.
Müdafiəçi 2025/26 mövsümündə keçirdiyi 37 matçda iki qol vurub və altı məhsuldar ötürmə ilə yadda qalıb.
"Transfermarkt" portalı oyunçunun bazar dəyərini 70 milyon avro qiymətləndirir.