Menyu

"Real"ın türkiyəli futbolçusu zədələndi

Operativ Media
"Real"ın türkiyəli futbolçusu zədələndi

"Real Madrid"in 21 yaşlı türkiyəli futbolçusu Arda Gülərin əzələsində zədə aşkarlanıb.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti bəyanat yayıb.

Klubun bəyanatında bildirilir: "Bu gün keçirilən tibbi müayinələrdən sonra oyunçumuz Arda Gülərin sağ budunun arxa əzələsində zədələnmə müəyyən edilmişdir".

Arda bu mövsüm bütün turnirlər daxil olmaqla 50 matçda meydana çıxıb, 6 qol vurub və 14 məhsuldar ötürmə edib. Qeyd edək ki, "Real Madrid" La Liqanın 33-cü turu çərçivəsində sabah "Real Betis"in qonağı olacaq.

21 yaşlı futbolçunun ən azı 4 həftə yaşıl meydanlardan uzaq qalacağı təxmin edilir. Mövsümün qalan hissəsində riskə edilməsi gözlənilməyən Arda Gülər, iyun ayında ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi Dünya Çempionatında forma geyinə bilmək üçün bərpa prosesini davam etdirəcək.

Əlaqəli Xəbərlər