Menyu

"Barselona" uruqvaylı müdafiəçini komandada saxlamaq istəyir

Operativ Media
"Barselona" uruqvaylı müdafiəçini komandada saxlamaq istəyir

"Barselona" klubu "Defensor Sportinq"in müdafiəçisi Patrisio Pasifikonun icarə müddətini uzatmaq niyyətindədir.

Operativ Media xəbər verir ki, bu haqda "Mundo Deportivo" nəşri məlumat yayıb.

Mənbə qeyd edir ki, 20 yaşlı uruqvaylı futbolçu Kataloniyaya gəldiyi gündən öz oyunu ilə müsbət təəssürat yaradıb və bu, onun komandada daimi əsaslarla qalmaq şansını xeyli artırıb. Lakin bir neçə gün əvvəl oyunçunun ön çarpaz bağları qopub və o, 8-9 aylıq müddətə sıradan çıxıb.

"Defensor Sportinq" ilə icarə müddətinin uzadılmasına dair danışıqlara artıq başlanılıb. Bu addım gənc oyunçuya zədədən qayıtdıqdan sonra daimi müqavilə imzalamaq üçün növbəti şansı verəcək.

"Barselona" bu məsələni 2025/26 mövsümünün sonuna qədər həll etməyə çalışır. Klub rəhbərliyi Pasifikonun bərpa prosesi zamanı məhz onların tibbi departamentinin nəzarəti altında olmasını istəyir. Futbolçunun 2027-ci ilin əvvəlində yaşıl meydanlara qayıdacağı gözlənilir ki, bu da onun özünü sübut etməsi üçün gələn mövsümün ikinci yarısının tamamilə qarşıda olması deməkdir.

Hazırda Pasifiko əməliyyat olunmağı gözləyir, lakin dizindəki şişkinlik hələ çəkilmədiyi üçün cərrahi müdaxilə bir qədər təxirə salınıb. "Barselona"nın Pasifiko ilə mövcud icarə müqaviləsi 2026-cı il iyunun 30-na qədər qüvvədədir.

Əlaqəli Xəbərlər