Menyu

"Çelsi" alman mütəxəssisi komandanın başına gətirmək istəyir

Operativ Media
"Çelsi" alman mütəxəssisi komandanın başına gətirmək istəyir

"Əl-Əhli"nin baş məşqçisi Mattias Yayssle Liam Rosenyoru əvəzləmək üçün "Çelsi"nin maraq dairəsinə düşüb.

Operativ Media bu barədə "TeamTalk" nəşrinə istinadən xəbər verir.

Mənbə bildirir ki, 38 yaşlı alman mütəxəssis 2023-cü ilin iyul ayından etibarən "Əl-Əhli"də çalışır və onun hazırkı müqaviləsi 2027-ci il iyunun 30-dək nəzərdə tutulub. Yaysslenin rəhbərliyi altında komanda keçirdiyi 131 oyunda 86 qələbə qazanıb, 21 dəfə heç-heçə edib və 24 məğlubiyyətlə üzləşib. O, daha əvvəl "Zalsburq" və "Liferinq" klublarını da çalışdırıb.

Mənbə bildirir ki, siyahıda Yayssle ilə yanaşı digər namizədlər də var. Belə ki, "Çelsi" Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmanla əlaqə saxlamağa ümid edir. Namizədlər siyahısına həmçinin postlarını tərk edəcək məşqçilər – Oliver Qlasner ("Kristal Pelas"), Andoni İraola ("Bornmut") və "Komo"nun çalışdırıcısı Sesk Fabreqas da daxildir.

Qeyd edək ki, Liam Rosenyor 2026-cı ilin yanvarında "Çelsi"nin sükanı arxasına keçmiş və klubla 2032-ci ilin iyununa qədər müqavilə imzalamışdı. İngilis mütəxəssisin rəhbərliyi altında komanda 23 matçda 11 qələbə, 2 heç-heçə və 10 məğlubiyyət qeydə alıb. O, aprelin 22-də vəzifəsindən kənarlaşdırılıb.

Əlaqəli Xəbərlər