Menyu

Azərbaycanın 5 sərbəst güləşçisi Avropa çempionatında yarımfinala yüksəlib

Operativ Media
Azərbaycanın 5 sərbəst güləşçisi Avropa çempionatında yarımfinala yüksəlib

Albaniyanın paytaxtı Tiranada təşkil olunan güləş üzrə Avropa çempionatı davam edir.

Operativ Media xəbər verir ki, bu gün mübarizəyə başlayan Azərbaycanın 5 sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb.

Nürəddin Novruzov (61 kiloqram), Turan Bayramov (74 kiloqram), Arseni Djioyev (86 kiloqram), Ali Tsokayev (92 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) finala vəsiqə uğrunda mübarizə aparacaqlar.

Bundan başqa, İslam Bazarqanov (57 kiloqram) qızıl medal görüşündə Musa Mehtixanovla (UWW) üz-üzə gələcək. Rəşid Babazadə (65 kiloqram) və Cəbrayıl Hacıyev (79 kiloqram ) isə bürünc medal uğrunda güləşəcəklər.

Qeyd edək ki, Avropa çempionatına aprelin 26-da yekun vurulacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər