Menyu

Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 7 medal qazandı

Operativ Media
Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 7 medal qazandı

Aprelin 25-də Almaniyanın paytaxtı Berlində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku start götürüb.

Operativ Media xəbər verir ki, ilk yarış günündə milli komandamız 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. 

Nihad Ağayev (-50 kq) və Fərid Xudiyev (-55 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. İbrahim Talıbov (-55 kq) və Sunay Salamova (-40 kq) ikinci yeri tutaraq gümüş mükafata layiq görülüblər. İlkin Qarayev (-66 kq), Pərvin Sevxanlı (-44 kq) və Nərmin Ağamirzəzadə (-52 kq) isə bürünc medala yiyələniblər. 

Azərbaycan 7 medalla ümumi komanda hesabında 35 ölkə arasında ikinci pillədə qərarlaşıb. Oğlanların mübarizəsində isə millimiz liderdir. 

737 cüdoçunun iştirak etdiyi Avropa Kubokuna bu gün yekun vurulacaq.

Əlaqəli Xəbərlər