Menyu

Vüsal İsgəndərli oynadı, komandası məğlub oldu

Operativ Media
Vüsal İsgəndərli oynadı, komandası məğlub oldu
1 dəq oxu

Milli komandamızın üzvü Vüsal İsgəndərlinin çıxış etdiyi “Partizani” Albaniya çempionatında növbəti oyuna çıxıb.

Operativ Media xəbər verir ki, komanda 33-cü turda “Tirana”nın qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Vüsal oyuna start heyətdə başlayıb və 71-ci dəqiqədə əvəzlənib. O, oyundan çıxdıqdan sonra “Tirana” qələbə qolunu vurub.

“Partizani” 33 turdan sonra 45 xalla 5-ci sıradadır.

Əlaqəli Xəbərlər