Menyu

Azərbaycan boksçusu Dünya Kubokunda qızıl medal qazanıb

Operativ Media
Azərbaycan boksçusu Dünya Kubokunda qızıl medal qazanıb

Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə keçirilən Dünya Kubokunda final döyüşlərinə start verilib.

Operativ Media xəbər verir ki, Azərbaycan millisinin heyətində ilk olaraq həlledici görüşə Səidcəmşid Cəfərov çıxıb.

75 kq-da mübarizə aparan boksçumuz Tauan Silva (Braziliya) ilə gücünü yoxlayıb. Hər 3 raundu aktivinə yazan Cəfərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gələrək Dünya Kubokunun qızıl medalına yiyələnib və Braziliyada Azərbaycan himnini səsləndirib.

Qeyd edək ki, gecə saatlarında Sübhan Mamedov (50 kq) və Məhəmməd Abdullayev (+90 kq) də final görüşünə çıxacaq. Bir gün öncə isə Nəbi İsgəndərov (70 kq) bürünc medala yiyələnib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər