Menyu

Neymar “Santos”un məşqinə qatılmayıb, səbəb açıqlanmayıb

Operativ Media
Neymar “Santos”un məşqinə qatılmayıb, səbəb açıqlanmayıb

"Santos"un hücumçusu Neymar klubun "Rey Pele" bazasında keçirilən məşqində iştirak etməyib.

Operativ Media xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Futbolçu ölkə çempionatında "Baiya" ilə oyunda (2:2) iştirak etməyən oyunçuların qrupunda məşq etməli idi, lakin o, hazırlıq prosesinə qatılmayıb və yoxluğunun səbəbi barədə məlumat verməyib.

Klub rəhbərliyi vəziyyətə aydınlıq gətirmək üçün Neymarın özü və yaxın çevrəsi ilə əlaqə saxlasa da, hələlik nə "Santos", nə də oyunçunun nümayəndələri rəsmi şərh verməyiblər.

Məşq aprelin 29-da Argentinada "San-Lorenso"ya qarşı keçiriləcək Cənubi Amerika Kuboku (Copa Sudamericana) matçına hazırlıq çərçivəsində baş tutub.

Qeyd edək ki, bu mövsüm 34 yaşlı braziliyalı futbolçu "Santos"un heyətində bütün turnirlər daxil olmaqla 10 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər