Menyu

Musa Qurbanlı: "Başqa komandaların uğurları barədə düşünmürük"

Operativ Media
Musa Qurbanlı: "Başqa komandaların uğurları barədə düşünmürük"

“Qarabağ”ın hücumçusu Musa Qurbanlı Azərbaycan Premyer Liqasının 29-cu turunda “Neftçi” üzərində qazanılan darmadağınlı qələbəni (5:1) şərh edib.

Operativ Media xəbər veririk ki, gənc forvard derbi matçındakı performansından və turnir cədvəlindəki vəziyyətdən danışıb.

Qələbəni şərh edən M. Qurbanlı atmosferin möhtəşəm olduğunu vurğulayıb: “Maraqlı oyun alındı. “Neftçi” ilə görüşlərimiz derbidir, həmişə gərgin keçir. Stadionda atmosfer və azarkeşlər əla idi. Şükürlər olsun ki, çıxışım uğurlu alındı. Derbidə qol vurmaq, assist etmək və komandaya fayda vermək mənə ayrı bir sevinc verir”.

Hücumçu “Turan Tovuz”un turnir cədvəlində onları sıxışdırması ehtimalına da toxunub: “Bəli, “Turan Tovuz”la aramızda xal fərqi azalıb. Bu səbəbdən “Neftçi” ilə matçda mütləq qələbə qazanmalıydıq. Verilən tapşırıqları yerinə yetirdik, lakin dayanmaq olmaz. 4 gündən sonra bizi növbəti vacib oyun gözləyir”.

Musa Qurbanlı matç zamanı “Neftçi” azarkeşlərinin davranışlarına və rəqib komandanın qapıçısı Emil Balayevlə söhbətinə də aydınlıq gətirib: “Emil “Neftçi”nin kapitanlarından biridir. Ona azarkeşlərin davranışının düzgün olmadığını dedim. Biz “Neftçi”yə həmişə hörmətlə yanaşmışıq, çünki o, Azərbaycanın ən böyük klublarından biridir. Amma hörmətin qarşılığı da hörmət olmalıdır”.

“Sabah”ın çempionluğa yaxın olması barədə sualı cavablandıran futbolçu, yalnız öz oyunlarına fokuslandıqlarını bildirib: “Biz başqa komandaların uğurları barədə düşünmürük. İşimiz hər oyuna maksimum köklənib, maksimum nəticə qazanmaqdır”.

Əlaqəli Xəbərlər