Menyu

“Futbolda Uşaq Hüquqlarının Qorunması” layihəsi çərçivəsində şagirdlər maarifləndirilib

Operativ Media
“Futbolda Uşaq Hüquqlarının Qorunması” layihəsi çərçivəsində şagirdlər maarifləndirilib

UEFA-nın dəstəyi və AFFA-nın təşkilatçılığı ilə Bakı şəhərindəki 242 saylı tam orta məktəbdə "Futbolda Uşaq Hüquqlarının Qorunması" layihəsi çərçivəsində maarifləndirici seminar təşkil olunub.

Operativ Media milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, seminar layihənin mentoru, eyni zamanda Elm və Təhsil Nazirliyinin layihə əsaslı öyrənmə üzrə eksperti Ofeliya Qafarova tərəfindən keçirilib.

Tədbirin təşkilində məqsəd futbol mühitində uşaqların hüquqlarının qorunması, təhlükəsiz və inklüziv idman mühitinin təşviqi, şagirdlər arasında hüquqi məlumatlılığın artırılması, həmçinin zorakılıq və ayrı-seçkilik hallarının qarşısının alınması istiqamətində maarifləndirmə işinin aparılmasıdır. Seminar zamanı iştirakçılara uşaq hüquqlarının əsas prinsipləri, futbolda təhlükəsiz davranış qaydaları, qarşılıqlı hörmət və komanda etikası barədə ətraflı məlumat verilib.

Tədbir interaktiv formada təşkil olunaraq şagirdlərin aktiv iştirakı təmin edilib, situasiyalı tapşırıqlar və müzakirələr vasitəsilə mövzu daha dərindən izah olunub. Layihə çərçivəsində keçirilən seminarlar uşaqların həm idman mühitində, həm də gündəlik həyatlarında öz hüquqlarını tanımasına və qorumasına dəstək verir. Bu təşəbbüs məktəblərdə təhlükəsiz mühitin formalaşdırılmasına və gənclərin sağlam inkişafına mühüm töhfə verir.

"Futbolda Uşaq Hüquqlarının Qorunması" layihəsi çərçivəsində maarifləndirici seminarların digər təhsil müəssisələrində də davam etdirilməsi planlaşdırılır.

Fotogalereya

Əlaqəli Xəbərlər