Menyu

"Bavariya" 1995-ci ildən bəri ilk dəfə avrokuboklarda beş qol buraxıb

Operativ Media
"Bavariya" 1995-ci ildən bəri ilk dəfə avrokuboklarda beş qol buraxıb

"Bavariya" Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda PSJ-yə uduzub (4:5).

Operativ Media "Opta"ya istinadən xəbər verir ki, Münhen təmsilçisi 1995-ci ilin aprelindən bəri ilk dəfədir ki, avrokuboklarda öz qapısından 5 qol buraxır.

Sonuncu dəfə belə hadisə 1994/95 mövsümündə, Çempionlar Liqasının yarımfinalında "Ayaks"a qarşı keçirilən səfər matçında baş verib (2:5). Bundan əlavə, PSJ 2025/26 mövsümündə Çempionlar Liqasının artıq 4 oyununda minimum 5 qol vurmağı bacarıb ki, bu da turnirin cari mövsümündə digər bütün komandaların göstəricisindən çoxdur.

Çempionlar Liqasının yarımfinalı çərçivəsində PSJ və "Bavariya" arasındakı cavab qarşılaşması bir həftə sonra, mayın 6-da Münhendə keçiriləcək. Bu cütün qalibi finala yüksələcək və orada "Atletiko" – "Arsenal" qarşıdurmasının qalibi ilə qarşılaşacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər