Menyu

"Prezident Kuboku 2026": Azərbaycan avarçəkəni qızıl medal qazandı

Operativ Media
"Prezident Kuboku 2026": Azərbaycan avarçəkəni qızıl medal qazandı

Azərbaycan avarçəkəni Azər İlyasov Mingəçevirdə davam edən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən "Prezident Kuboku 2026" beynəlxalq reqatasında qızıl medal qazanıb.

Operativ Media xəbər verir ki, təmsilçimiz akademik avarçəkmədə birnəfərlik qayıqla 1500 metr məsafəyə (2008–2009 təvəllüdlər arasında) yürüşdə qızıl medal qazanıb.

Bununla da Azərbaycan idmançılarının qazandıqları medalların sayı 4-ə çatıb. Təmsilçilərimiz daha əvvəl 2 gümüş və 1 bürünc medala sahib çıxıblar.

Əlaqəli Xəbərlər