"Böyük Dəbilqə": Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır
Bu gün Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürür.
Operativ Media xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın üç cüdoçusu iki çəki dərəcəsində mübarizəyə qoşulacaq.
Kişilər arasında keçirilən yarışlarda təmsilçilərimizin rəqibləri aşağıdakı kimidir:
-60 kq çəki dərəcəsində Murad Muradlı mübarizəyə 1/8 finaldan başlayacaq. O, Yan Motoli Bonqambe (Fransa) və Muhammadcon Maşaripov (Özbəkistan) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.
-66 kq çəki dərəcəsində çıxış edən digər iki idmançımız da yarışa 1/8 final mərhələsindən qatılacaqlar. Nizami İmranov Qazaxıstan təmsilçisi Yerdaulet Bozşa ilə, İslam Rəhimov isə digər Qazaxıstan idmançısı Nursultan Zayzaqaliyev ilə qarşılaşacaq.
Turnirin təsnifat mərhələsi saat 11:00-da, final bloku isə 16:00-da başlayacaq