Menyu

Diplomatlar Xankəndidə Zəfər parkını ziyarət ediblər

Operativ Media
Diplomatlar Xankəndidə Zəfər parkını ziyarət ediblər

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndiyə gəliblər.

Operativ Media xəbər verir ki, nümayəndə heyəti səfər çərçivəsində Zəfər parkı ziyarət edib.

Onlar şəhərdə aparılan bərpa işləri ilə tanış olublar.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir.

Diplomatik korpusu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Əlaqəli Xəbərlər