Hikmət Hacıyev: Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri münaqişədənsonrakı inkişafın nadir nümunəsidir
Operativ Media
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri münaqişədənsonrakı inkişafın nadir nümunələrindən biridir.
Operativ Media xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun üzvləri ilə Qarabağ Universitetində keçirilən görüş zamanı çıxışında deyib.
O qeyd edib ki, Azərbaycan dağıdılmış ərazilərdə son beş il ərzində öz maliyyə və institusional resursları hesabına şəhər və kəndləri sıfırdan qurur, müasir infrastruktur, nəqliyyat və enerji sistemləri yaradır. Həmçinin onlarla şəhər və rayonda, yüzlərlə yaşayış məntəqəsində tikinti və bərpa işləri paralel şəkildə aparılır.
Hikmət Hacıyev vurğulayıb ki, bu proses regionun gələcək inkişaf modeli üçün mühüm təcrübə formalaşdırır və Qarabağ artıq innovasiya və yenidənqurma məkanına çevrilir.