Menyu

Flik “Barselona” ilə yeni anlaşmaya razılıq verdi

Operativ Media
Flik “Barselona” ilə yeni anlaşmaya razılıq verdi

"Barselona"nın baş məşqçisi Hansi Flik Kataloniya klubu ilə müqaviləsinin müddətini uzatmağa razılıq verib.

Operativ Media xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

61 yaşlı mütəxəssislə imzalanacaq yeni müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub və müddətin daha bir mövsüm uzadılması variantı da var. Mənbənin bildirdiyinə görə, Flik "katalonlar"ın La Liqada çempionluğu rəsmiləşməsindən sonra rəsmi imzaları atacaq.

Məşqçinin "Barselona" ilə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir. Qeyd olunur ki, klub rəhbərliyi əvvəlcə Fliklə 2029-cu ilə qədər razılaşma imzalamaq istəsə də, almaniyalı mütəxəssis daha qısamüddətli müqaviləyə üstünlük verib.

Hansi Flik 2024-cü ildən "Barselona"ya rəhbərlik edir. Onun rəhbərliyi altında komanda İspaniya çempionu və kubokunun qalibi olub, həmçinin iki dəfə ölkə Superkubokunu qazanıb. 2025/26 mövsümünün sonuna beş tur qalmış kataloniyalılar La Liqada 11 xallıq fərqlə liderlik edirlər.

Əlaqəli Xəbərlər