Menyu

Prezidentin köməkçisi: Ermənistan–Azərbaycan sülh gündəliyi regionda yeni geosiyasi reallıq yaradır

Operativ Media
Prezidentin köməkçisi: Ermənistan–Azərbaycan sülh gündəliyi regionda yeni geosiyasi reallıq yaradır

Ermənistan və Azərbaycan arasında sülh prosesi mərhələli şəkildə irəliləyir və bu, Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradır.

Operativ Media xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun üzvləri ilə Qarabağ Universitetində keçirilən görüşdə deyib.

Hikmət Hacıyev bildirib ki, tərəflər arasında iqtisadi-ticarət əlaqələri, sərhədlərin delimitasiya və demarkasiyası, eləcə də nəqliyyat-kommunikasiya xətlərinin açılması kimi istiqamətlər üzrə müzakirələr davam edir.

Prezidentin köməkçisi qeyd edib ki, artıq praktiki addımlar müşahidə olunur. O cümlədən tranzit imkanlarının genişlənməsi və bəzi malların daşınması ilə bağlı yeni mexanizmlərin formalaşması bu prosesin tərkib hissəsidir.

O vurğulayıb ki, sülh prosesi çətin və məsuliyyətli mərhələdir, tərəflərin siyasi iradəsi regionda uzunmüddətli sabitlik üçün əsas baza yaradır.

Əlaqəli Xəbərlər