Menyu

UEFA Deklan Raysın hakimliklə bağlı açıqlamalarını araşdırır

Operativ Media
UEFA Deklan Raysın hakimliklə bağlı açıqlamalarını araşdırır

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçirilən "Atletiko" ilə ilk oyundan sonra "Arsenal"ın yarımmüdafiəçisi Deklan Raysın verdiyi şərhlər araşdırılacaq.

Operativ Media "The Times" nəşrinə istinadən xəbər verir ki, UEFA futbolçunun fikirlərini ciddi şəkildə nəzarətə götürüb.

Aprelin 29-da Madriddə baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Matçın 78-ci dəqiqəsində baş hakim Denni Makkeli "Atletiko"nun müdafiəçisi David Qantskonun londonluların oyunçusu Ebereçi Eze ilə mübarizədə qaydanı pozduğunu hesab edərək "topçular"ın xeyrinə penalti təyin edib. Lakin VAR-ın müdaxiləsindən və təkrar görüntülərə baxdıqdan sonra Makkeli ilkin qərarını ləğv edib. Oyundan sonra Rays bu epizodu kəskin tənqid edərək hakimin qərarını dəyişməsinə azarkeşlərin təzyiqinin təsir etdiyini bildirib.

Mənbənin qeyd etdiyinə görə, UEFA Raysın çıxışının hakimin dürüstlüyünü şübhə altına alıb-almadığını müəyyənləşdirmək niyyətindədir. 27 yaşlı futbolçunu bu hərəkətinə görə diskvalifikasiya gözləyə bilər.

Qeyd edək ki, "Arsenal" və "Atletiko" arasındakı cavab qarşılaşması mayın 5-də Londonda keçiriləcək.

Əlaqəli Xəbərlər