Menyu

Avropa kanalları Bakı-Xankəndi velosiped yarışının təqdimat videoçarxını yayımlayır

Operativ Media
Avropa kanalları Bakı-Xankəndi velosiped yarışının təqdimat videoçarxını yayımlayır

"Eurosport" və "Euronews" telekanallarında mayın 10-14-də keçiriləcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışına həsr olunmuş təqdimat videoçarxının nümayişinə başlanıb.

Bu barədə Operativ Media-ya Azərbaycan Velosiped İdmanı Federasiyasından məlumat verilib.

Videoçarxda yarış haqqında qısa məlumat, onun mərhələləri, yarış iştirakçılarının keçəcəyi ərazilər əksini tapır.

Xatırladırıq ki, 1 Dünya Turu komandası, 4 Pro-Tur komandası, 19 kontinental komanda və Azərbaycan yığması Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) yüksək səviyyəli, 2.1 kateqoriyalı bu yarışda iştirakını təsdiqləyib.

5 mərhələdən ibarət olan Bakı-Xankəndi Azəraycan Velosiped Yarışının mərhələləri:

I mərhələ, 10.05.2026

Yarış iştirakçıları "Sea Breeze Resort"da start götürərək Bakı şəhərinin görməli yerlərindən keçəcək və Sumqayıtda finişə çatacaqlar (158,4 km)

II mərhələ, 11.05.2026

Bakı – Şamaxı – İsmayıllı (193,3 km)

III mərhələ, 12.05.2026

Qəbələ – Oğuz – Şəki – Mingəçevir (162,9 km)

IV mərhələ, 13.05.2026

Gəncə – Göygöl – Goranboy – Suqovuşan – Talış – Naftalan (152,8 km)

V mərhələ, 14.05.2026

Tərtər – Ağdam – Füzuli –

Şuşa – Xankəndi (181,5 km)

Əlaqəli Xəbərlər