Menyu

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt üzrə təlim proqramı yekunlaşıb

Operativ Media
Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt üzrə təlim proqramı yekunlaşıb

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Süni İntellekt üzrə Tədris Mərkəzi (AI Academy) tərəfindən təşkil edilmiş dövlət qurumlarının əməkdaşları üçün “Məhsul menecerləri üçün süni intellekt” təlim proqramı 1 may tarixində sertifikat təqdimetmə mərasimi ilə yekunlaşıb. Tədbir Elektron Təhlükəsizlik Xidmətinin təşkilati dəstəyi ilə həyata keçirilib.

Dövlət Xidmətindən Operativ Media-ya verilən məlumata görə, tədbirdə XRİTDX-nin İdarə rəisinin müavini Vüqar Həsənov, Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və kommunikasiya sektorunun müdiri Həvva Hüseynli və digər qonaqlar iştirak ediblər. 

Təlim proqramı çərçivəsində dövlət qurumlarının nümayəndələri informasiya təhlükəsizliyi sahəsində yarana biləcək təhdid və risklərin qabaqcadan müəyyən edilməsi, müvafiq tədbirlərin proqnozlaşdırılması və bu məqsədlə süni intellekt əsaslı həllərin işlənib hazırlanması istiqamətində nəzəri bilik və praktiki bacarıqlar əldə etmişdirlər.

Bu təşəbbüs “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın həyata keçirilməsi ilə bağlı müəyyən edilmiş tapşırıqların icrası istiqamətində dövlət qurumlarında süni zəkanın institusional tətbiqinə hazırlığın sistemli şəkildə gücləndirilməsinə xidmət edir.

Fotogalereya

Əlaqəli Xəbərlər