Ağdamda baş verən yol qəzası zamanı ölənlərin kimliyi məlum olub - YENİLƏNİB
Operativ Media
Ağdamda baş verən yol qəzası zamanı ölənlərin kimliyi məlum olub.
Operativ Media xəbər verir ki, iki avtomobilin toqquşması zamanı Ağdərə rayonunun Kolatağ kənd sakini, 1966-cı il təvəllüdlü Kərimov Surxay Şəmil oğlu və Cəsarət Hacıyev vəfat edib.
***
19:58
Ağdam rayonunda iki nəfərin ölümü, dörd nəfərin xəsarət almasıyla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Operativ Media xəbər verir ki, hadisə Xankəndi-Ağdam yolunun Xıdırlı kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2107" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, dörd nəfər isə ağır xəsarət alıb.