"Böyük Dəbilqə": Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayır
Operativ Media
Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinin ikinci günündə Azərbaycanın bir təmsilçisi tatamiyə çıxacaq.
Operativ Media xəbər verir ki, kişilər arasında -73 kq çəki dərəcəsində mübarizə aparan Rəşid Məmmədəliyev yarışa 1/8 final mərhələsindən başlayacaq. O, Binyomin Nazirov (Tacikistan) – Vlad Mitru (Moldova) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.
Yarışın təsnifat mərhələsi saat 11:00-da, final bloku isə 16:00-da start götürəcək. Qarşılaşmaları Judo TV və CBC Sport kanalları vasitəsilə canlı izləmək mümkündür.