"Böyük Dəbilqə": Azərbaycanın daha iki cüdoçusu mübarizəyə qoşulur
Operativ Media
Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinin son günündə Azərbaycanın daha iki cüdoçusu mübarizəyə qoşulacaq.
Operativ Media xəbər verir ki, kişilər arasında +100 kq çəki dərəcəsində 1/8 final mərhələsində Uşanqi Kokauri İran təmsilçisi Mohammadpuria Banaeyan Tolki ilə, Camal Qamzatxanov isə Monteneqro idmançısı Yovan Pekoviç ilə qarşılaşacaq.
Turnirin təsnifat mərhələsi saat 11:00-da, final bloku isə 16:00-da başlayacaq. Yarışları Judo TV və CBC Sport kanalları vasitəsilə canlı izləmək mümkündür.