Kristian Kivu Joze Mourinyonun rekordunu təkrarladı
İtaliya A Seriyasının 35-ci turunda öz meydanında "Parma"ya 2:0 hesabı ilə qalib gələn "İnter" vaxtından əvvəl çempionluğunu elan edib.
Operativ Media "Opta"ya istinadən xəbər verir ki, Kristian Kivunun bu uğuru onu "İnter"dəki ilk mövsümündə skudettonu qazanan tarixdəki beşinci məşqçi edib. O, bu göstərici ilə Arpad Veys (1929/30), Alfredo Foni (1952/53), Covanni İnvernissi (1970/71) və Joze Mourinyonun (2008/09) rekordunu təkrarlayıb.
2025-ci ilin iyun ayından "İnter"ə rəhbərlik edən 45 yaşlı rumıniyalı mütəxəssisin müqavilə müddəti 30 iyun 2027-ci ilə qədərdir. Kivunun rəhbərliyi altında keçirilən 54 oyunda Milan təmsilçisi 36 qələbə qazanıb, 6 heç-heçə edib və 12 dəfə məğlub olub.
Hazırda 35 oyundan sonra 82 xalla turnir cədvəlinin lideri olan "İnter" çempionatın sonuna üç tur qalmış ən yaxın izləyicisi "Napoli"ni 12 xal qabaqlayır. Beləliklə, neapollular çempionluq üçün bütün riyazi şanslarını itiriblər.