Menyu

"Real Madrid"in müdafiəçisi "Espanyol"la oyunda sıradan çıxdı

Operativ Media
"Real Madrid"in müdafiəçisi "Espanyol"la oyunda sıradan çıxdı

İspaniya La Liqasının 34-cü turu çərçivəsində keçirilən "Espanyol" - "Real" (0:2) matçında Madrid klubunun müdafiəçisi Ferlan Mendi zədələnib.

Operativ Media xəbər verir ki, 30 yaşlı futbolçu qarşılaşmanın 10-cu dəqiqəsində xəsarət alıb və 14-cü dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb.

"AP"nin yaydığı ilkin məlumata görə, fransalı oyunçu top uğrunda qaçış zamanı sağ ayağından əzələ zədəsi alıb. "Real" rəhbərliyi zədənin dərəcəsi ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Ferlan Mendi 2025/26 mövsümündə Madrid təmsilçisinin heyətində çıxdığı 9 oyunda məhsuldar göstəricilərlə yadda qalmayıb. 2019-cu ilin iyul ayından "kral klubu"nun şərəfini qoruyan müdafiəçinin hazırkı müqaviləsi 30 iyun 2028-ci ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, Mendi Fransa milli komandasının heyətində ümumilikdə 10 qarşılaşmada iştirak edib.

Əlaqəli Xəbərlər