Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının bütün iştirakçıları bəlli olub
Operativ Media
Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının bütün iştirakçı ölkələri məlum olub.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) Operativ Media-ya bildirilib, bu barədə Beynəlxalq Çövkən Federasiyası məlumat yayıb. Son olaraq, xüsusi dəvətlə çempionata Küveyt qatılacaq.
Xatırladaq ki, iyunun 7-dən 13-dək Binə Atçılıq Mərkəzində keçiriləcək dünya çempionatında təşkilatçı ölkə Azərbaycanla yanaşı, Avropa zonasından Polşa, Malta, Afrikadan Nigeriya, Qana, Asiyadan Özbəkistan, Qazaxıstan, Cənubi Amerikadan Uruqvay və Çili yığmaları mübarizə aparacaq.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma