Menyu

Klinikadan 5000 manat oğurlayan kassir saxlanılıb

Operativ Media
Klinikadan 5000 manat oğurlayan kassir saxlanılıb

Paytaxtın Nəsimi rayonunda yerləşən özəl klinikaların birindən oğurluq edilib. Həmin tibb mərkəzindən polisə müraciət olunaraq kassadan 5000 manatın talandığı bildirilib.

DİN Mətbuat Xidmətindən Operativ Media-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı L.Məmmədova müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, o, pul vəsaitini kassir kimi çalışdığı klinikadan müxtəlif vaxtlarda hissə-hissə talayıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər