Menyu

Timoteuş Puxaç: "Sabah"la çempionluq mənə mənəvi baxımdan daha yaxındır

Operativ Media
Timoteuş Puxaç: "Sabah"la çempionluq mənə mənəvi baxımdan daha yaxındır

"Sabah" futbol klubunun müdafiəçisi, müqavilə ilə Almaniyanın "Holştayn" klubuna məxsus olan Timoteuş Puxaç gələcək karyerası ilə bağlı fikirlərini bölüşüb.

Operativ Media xəbər verir ki, polşalı futbolçu bu barədə "Meczyki" nəşrinə danışıb:

O, Almaniya klubuna mümkün qayıdışını istisna etməyib.

"Mənim "Holştayn"la müqaviləm var. Orada idman direktoru və baş məşqçi dəyişib. Təbii ki, işlərimin necə yaxşı getdiyini gördükdən sonra mənimlə əməkdaşlığı davam etdirmək və məni geri qaytarmaq istəyirlər. Oradan ayrılmaq, yəqin ki, çətin olacaq. Çünki onlar "Sabah"dan müqaviləmdəki satınalma bəndində nəzərdə tutulandan daha çox pul tələb edəcəklər".

Puxaç "Sabah"da özünü yaxşı hiss etdiyini vurğulayıb.

"Burada özümü yaxşı hiss edirəm. Görək klublar necə razılığa gələcəklər. Qalmaq ehtimalım təxminən 80 faizdir. Mən çox vaxt klub dəyişmişəm. Bu, bəzən mənə kömək edib, bəzən isə yox. Ona görə də inkişaf baxımından sabitlik yaxşıdır. Avrokuboklarda oynasaydıq, bu, fantastik olardı. Düşünürəm ki, gələn mövsüm də burada oynamaq ehtimalım yüksəkdir".

Polşalı müdafiəçi "Trabzonspor"la qazandığı çempionluqdan da danışıb.

Türkiyədəki çempionluğa gəlincə, mən Trabzona oynamağa hazır vəziyyətdə getmişdim və biz ardıcıl 10 oyun qazandıq. Orada az çıxış edirdim, lakin Azərbaycanda komandanın əsas oyunçularından biriyəm. Azərbaycandakı bu titul mənə mənəvi baxımdan daha yaxındır", — deyə polşalı oyunçu bildirib

Əlaqəli Xəbərlər