Bakıda keçiriləcək "Formula 1" Qran-prisi üçün könüllü qeydiyyatı başlayıb
Operativ Media
Bu il Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyatı başlanıb.
Bu barədə Operativ Media-ya Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Könüllülər üçün minimum yaş həddi 16 yaşdır.
Bildirilib ki, xarici dil biliklərinə malik namizədlərə seçim prosesində üstünlük veriləcək.
2025-ci ildə rekord sayda – 30,000-dən çox müraciət qeydə alınıb, onlardan yalnız 2,000 könüllü seçilib, bu da proqramın yüksək rəqabət səviyyəsini göstərir.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.