Menyu

"Vilyarreal" baş məşqçisi ilə yollarını ayıracaq

Operativ Media
"Vilyarreal" baş məşqçisi ilə yollarını ayıracaq

"Vilyarreal" baş məşqçi Marselino Toralın 2025/26 mövsümünün sonunda komandadan ayrılacağını elan edib.

Operativ Media xəbər verir ki, 60 yaşlı mütəxəssisin hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır. İspaniya mətbuatının verdiyi məlumata görə, tərəflər arasındakı ayrılığa əsas səbəb yeni müqavilənin müddəti ilə bağlı yaranan fikir ayrılığıdır. Marselino uzunmüddətli sözləşmə imzalanmasında israr etsə də, klub rəhbərliyi ona müqaviləni cəmi bir il uzatmağı təklif edib.

Klubun yaydığı bəyanatda deyilir: "Bu klub və azarkeşlər üçün etdiyin hər şeyə görə sənə ürəkdən təşəkkür edirik, Marse. Gələcək idman layihələrində sənə uğurlar arzulayırıq".

Marselino 2023-cü ilin payızında yenidən "Vilyarreal"ın sükanı arxasına keçib. O, bundan əvvəl 2013-2016-cı illərdə də komandaya rəhbərlik edib.

İspaniya çempionatının 2025/26 mövsümünün 34 turundan sonra 68 xal toplayan "Vilyarreal" turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Komanda növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqəni artıq təmin edib və ardıcıl ikinci il bu turnirdə çıxış edəcək.

Əlaqəli Xəbərlər