30 Mart 2023, 10:53
Göyçayda narkotiklərin dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb
Göyçayda narkotiklərin dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb şəkil
Göyçayda narkotiklərin dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyatlar keçirilib və 6 nəfər tutularaq istintaqa təhvil verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı rayon sakinləri-Natiq Adıgözəlov, Ceyhun Bədəlov, İlyas Cəfərov, Bağır Həsrətov, Elşən Niyətov və Yusif Musayev narkotiklərin dövriyyəsində şübhəli bilindikləri üçün saxlanılıblar. Şəxsi axtarış zamanı Natiq Adıgözəlov, Bağır Həsrətov və Ceyhun Bədəlovdan heroin, digər üç nəfərdən isə qurudulmuş marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılanların əksəriyyətinin əvvəllər də analoji, eləcə də digər cinayət əməllərinə görə məhkum edildikləri məlum olub. 

Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər
Misir hava limanlarını yüksək hazırlıq vəziyyətinə gətirilib
Cənubi Kipr Rum Administrasiyası ilə İsrail arasında uçuşlar dayandırılıb
Rəsmi Ankara İsrailin İrana endirdiyi zərbələri pisləyib
İsrailin İrana hücumu nəticəsində neft qiymətləri 7 faizdən çox artıb
Milli Məclis Prezident və Birinci vitse-prezidentə təbrik məktubu ünvanlayıb
Ağdamda insana məxsus olması ehtimal edilən sümük fraqmentləri şkar edilib
İsrailin İranın şərqindəki hücumları nəticəsində ölənlərin sayı 3-ə çatıb
Prezident: Azərbaycanın səhiyyə sistemi yüksək hazırlıqlı kadr potensialına malikdir