"Şalke" 40 yaşlı Edin Cekonu komandada saxlamaq istəyir
"Şalke" Edin Cekonu heyətində saxlamaq istəyir.
Operativ Media xəbər verir ki, bu haqda jurnalist Nikolo Skira məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 40 yaşlı bosniyalı futbolçu ilə müqavilənin 2027-ci ilin yayına qədər uzadılması planlaşdırılır. Hücumçunun öz gələcəyi ilə bağlı qərarı yaxın həftələrdə, 2026-cı il dünya çempionatının final mərhələsi zamanı verəcəyi gözlənilir.
Ceko 2026-cı ilin yanvarından "Şalke"də çıxış edir. Onun hazırkı müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. Almaniya təmsilçisinin heyətində keçirdiyi doqquz oyunda altı qol vuran və üç məhsuldar ötürmə edən hücumçu komandanın Bundesliqaya qayıtmasına kömək edib.
Ceko daha əvvəl "Fiorentina", "Fənərbaxça", "İnter", "Roma", "Mançester Siti", "Volfsburq", "Teplitse" və "Jelezniçar" klublarında oynayıb.
"Transfermarkt" portalı oyunçunun transfer dəyərini 1,5 milyon avro qiymətləndirir.