Azərbaycan Basketbol Liqasının final seriyası bu gün davam edəcək.
Operativ Media-nın məlumatına görə, "Sabah" seriyanın üçüncü oyununda "Abşeron Lions" komandasını qəbul edəcək. Ev sahibi komandanın qələbəsi onların ardıcıl dördüncü dəfə çempionluq qazanmasını təmin edəcək.
19:00 "Sabah" – "Abşeron Lions"
Bakı, İdman Sarayı. Seriya hesabı – 2:0 (98:93, 112:84).
Əgər üç oyundan sonra qalib müəyyənləşməsə, komandalar əlavə oyunlar oynayacaqlar.