Menyu

"Real" Qarsiyanı 60 milyon avroya sata bilər

Operativ Media
"Real" Qarsiyanı 60 milyon avroya sata bilər

"Real"ın hücumçusu Qonsalo Qarsiya komandanı yalnız 60 milyon avro qarşılığında tərk edə bilər.

Operativ Media xəbər verir ki, bu haqda AS nəşri məlumat yayıb.

Mənbə qeyd edir ki, 22 yaşlı ispaniyalı futbolçu bir çox Avropa klubunun maraq dairəsindədir. Buna baxmayaraq, "Real" oyunçunun sərbəstqalma məbləği ilə bağlı qəti mövqe nümayiş etdirir və daha az məbləğlə razılaşmaq niyyətində deyil.

Qarsiya 2025-ci ilin iyun ayından etibarən "Real"ın əsas heyətində çıxış edir. Onun klubla müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir.

Madrid klubunun yetirməsi olan futbolçu 2025/26 mövsümündə keçirdiyi 35 matçda 6 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

"Transfermarkt" portalı oyunçunun transfer dəyərini 30 milyon avro həcmində qiymətləndirir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər