Leandro Andrade 60-a çatdı
Operativ Media
Leandro Andrade “Qarabağ”ın heyətində bütün turnirlər nəzərə alınmaqla 60-cı qolunu vurub.
Operativ Media PFL-ə istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının XXX turunun “Turan Tovuz”la ev qarşılaşmasına (2:1) təsadüf edib.
Leandro 60-cı qolunu Ağdam klubunda çıxdığı 211-ci matçında vurub. O, Premyer Liqada 45 (135 oyunda), ölkə kubokunda 2 (20 oyunda), avrokuboklarda 13 (56 qoyunda) qola imza atıb.
Qeyd edək ki, Leandro “Qarabağ”da ilk qolunu 2022-ci aprelin 2-də “Səbail”lə (5:1) çempionat görüşündə vurub
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net