Menyu

Bu il bəzi pensiyalar yenidən artacaq - AÇIQLAMA

Operativ Media
Bu il bəzi pensiyalar yenidən artacaq - AÇIQLAMA

İşləyən pensiyaçıların pensiyalarında növbəti dəfə artım olacaq.

Operativ Media xəbər verir ki, məsələ ilə bağlı "Xəzər Xəbər"ə danışan millət vəkili Vüqar Bayramov bildirib ki, bu artımlar iki fərqli istiqamət üzrə həyata keçirilir:

"Birinci artım pensiyaların ümumi indeksləşdirilməsi ilə bağlıdır. Digər artım isə işləyən pensiyaçıların fərdi hesablarında toplanan kapitalın yenidən hesablanması nəticəsində yaranır.

Qanunvericiliyə əsasən, vətəndaş pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətini davam etdirərsə, onun fərdi hesabına sosial sığorta haqları toplanmağa davam edir. Hər 6 ildən bir toplanan bu məbləğ 72 aya bölünərək vətəndaşın mövcud pensiyasının üzərinə əlavə olunur.

Məsələn, əgər bir vətəndaş 2025-ci ilin sonunda 800 manat pensiya alırsa və 2026-cı ildə onun 6 illik iş müddəti tamam olursa, o hər iki artımdan yararlanacaq. 800 manatlıq pensiya əvvəlcə 9,13 faiz indeksləşdirilərək təxminən 73 manat artırılacaq.

Bunun üzərinə isə 6 il ərzində toplanmış 25 200 manatlıq kapitalın 72-yə bölünməsindən əldə edilən 350 manat əlavə olunacaq. Nəticədə həmin şəxsin pensiyası 800 manatdan 1223 manata qədər yüksələcək".

Əlaqəli Xəbərlər